...

Abdullah Gül Türkiyə-Almaniya oyununu yaşıl meydandan izləyəcək

Cəmiyyət Materials 24 İyun 2008 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir S.İlhamqızı/ Türkiyə prezidenti Abdullah Gül futbol üzrə "Avropa Çempionatı-2008"in dörddə bir final mərhələsinə çıxan Türkiyə millisinin Almaniya ilə oyununu izləmək üçün İsveçrəyə gedəcək. Bu barədə Türkiyənin Cihan Agentliyi məlumat yayıb.

Prezident Gül iyunun 24-də İstanbul hava limanından xaricə uçacaq və onun Avropa səfəri başlayacaq. İyunun 25-də Gül 15-ci Dünya İqtisadi Konqresində iştirak edəcək, daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına baş çəkəcək. Gül həmin gün İsveçrənin Bazel şəhərində Türkiyə-Almaniya oyununu canlı izləməyi də planlaşdırıb.

Türkiyə yığması Avro-2008-in bundan əvvəlki mərhəsində Xorvatiya millisini 4-2 hesabı ilə məğlub edərək yarım finala çıxıb. Türkiyə-Xorvatiya oyununu isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan yaşıl meydandan canlı izləmişdi.

Türkiyənin yarımfinalda rəqibi Almaniya yığması olacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti