...

Azərbaycanlıların 28 faizi mühacirət etməyə hazırdır – "Gallup"un sorğusu

Cəmiyyət Materials 27 İyun 2008 13:06 (UTC +04:00)
Azərbaycanlıların 28 faizi mühacirət etməyə hazırdır – "Gallup"un sorğusu

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir E.Hüseynov / "Gallup" araşdırma xidmətinin sorğusuna əsasən, azərbaycanlıların öz yaşayış səviyyəsindən narazı olan 28 faizi mühacirət etməyə hazırdır.

"Washington ProFile"ın verdiyi xəbərə görə, dünyanın 82 ölkəsində keçirilən "Gallup" sorğusu göstərdi ki, həmin ölkələrin əhalisinin 26 faizi mühacirət etməyə hazırdır, daha doğrusu faktiki olaraq Yer kürəsi əhalisinin dörddə biri öz dövlətlərindən narazıdır.

Potensial mühacirlərin ölkədən ölkəyə getmək payı fərqlidir. Böyük pay Afrikadadır. Daha çox yol əhval-ruhiyyəsində olanlar Syerra-Leonedədir. Burada sorğulananların 65 faizi sərhədi keçməyə hazırdır. Qayana, (60%), Konqo (59%), Qana, Liberiya və Nigeriya (58%), Zimbabve (57%), Dominikan Respublikası (56%), Seneqal (55%), Uqanda, Malavi və Salvador ( 51%) kimi ölkələrin əhalisinin yarısı hər an belə bir qərar verə bilərlər.

Digər qütbdə Səudiyyə Ərəbistanı yerləşir ki, burada da sorğulananların 1 faizi ölkəni tərk etmək istəyindədir. Avstraliya, CAR və Tailand (8%), İndoneziya, Hindistan və Laosda (9%) olduqca az potensial muhacir var. Maraqlıdır ki, bu ölkələrdən bəziləri (misal üçün Laos) dünyanın daha "yoxsul" dövlətləri sırasına aiddir.

Sorğunun keçirildiyi postsovet dövlətlərində vəziyyət bu formadadır: Moldovadan 34 faiz, Gürcüstandan 26 faiz, Ukraynadan 25 faiz, Ermənistandan 23 faiz, Litvadan 22 faiz, Qığızıstan,Belarus və Estoniyadan 20 faiz, Latviyadan 19 faiz, Rusiyadan 17 faiz, Qazaxıstandan 13 faiz, Tacikistandan isə 12 faiz çıxıb getməyə hazırdır.

Müqayisə üçün, hazırda İranda 30 faiz, Böyük Britaniya və Almaniyada 27 faiz, İsraildə 20 faiz, Fransada 18 faiz, Yaponiyada 12 faiz potensial mühacir yaşayır.

Ənənəvi olaraq hesab olunur ki, öz həyat səviyyəsini yüksəltməkdə maraqlı olan gənc insanlar daha çox mühacirət edir. "Gallup"un sorğusu bu müşahidənin dəqiqliyini təsdiq etməklə yanaşı, əlavə də etdi ki, mühacirət ehtimalını daha çox sərhəddən kənarda qohumları olan insanlar müzakirə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti