...

Gənc Tamaşaçılar Teatrı qastroldan qayıdıb

Cəmiyyət Materials 27 İyun 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Gənc Tamaşaçılar Teatrı iyunun 19-dan 24-nə qədər Azərbaycanın yeddi şəhərində: Göyçayda, Ağdaşda, Şamaxıda, Ucarda, Zərdabda, Kürdəmirdə qastrolda olub. GTT-nın direktoru Mübariz Həmidovun TrendLife-a verdiyi xəbərə görə, çıxış çərçivəsində teatr truppası "Çimnaz xanım yuxuda" tamaşasını təqdim ediblər.

"Tamaşaların ikisini açıq səma altında keçirmişik. Ən yadda qalan çıxışımız isə Zərdabda odu. Rayon İcra Hakimiyyətinin başçısı bizi sentyabr-oktyabr ayında bir daha Zərdabda çıxış etməyə dəvət etdi",-Mübariz Həmidov bildirib.

Qastrol turunda xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, akytorlar Atabala Səfərov, Vahid Əliyev, Elnur Hüseynov, Günel Məmmədova çıxış edirdi.

Xəbər lenti

Xəbər lenti