Azərbaycan, Bakı, 30 iyun /TrendLife müx. Vüqar İmanov/
İsveçrənin Norçepinq şəhərində yaşayan azərbaycanlı rejissor Rahim Sadıqbəyli mühacirlərə həsr olunmuş "Mühacirlər" adlı iri layihə üzərində işləyir. "Bu layihədə mühacirin əsl həyatını, çətinliyini, sevincini göstərmək istəyirəm. Bəziləri gözəl həyat tapmaq üçün buradan gedirlər. Digərləri isə məsələn, mən özümün yaradıcı potensialını burada göstərə bilmədiyim üçün buranı tərk etmişəm",-R. Sadıqbəyli TrendLife-a bildirib.
Xatırladaq ki, kinorejissorun 2003-cü ildə lentə aldığı "Bəyaz həyat" serialı Yaltada keçirilən VI Beynəlxalq festivalda Qran-Pri mükafatına layiq görülüb.
"Bu ilin payızında "Ungdomsstyrelse" adlı daha bir layihə reallaşdırmaq istəyirəm. Bu sənədli film isə irqçiliyə həsr olunacaq. Çəklişlər Polşanın Krakov şəhərində iri faşist konslaqerinin yerləşdiyi yerdə aparılacaq".