...

Azərbaycan stadionlarında üç-dörd futbol klubunun eyni vaxtda oyun keçirməsini qadağan edən qərar qəbul olunacaq

Cəmiyyət Materials 3 İyul 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasında çıxış edən əcnəbi futbolçuların sayının tənzimlənməsi ilə bağlı məsələ iki gün sonra həllini tapacaq. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

İyulun 5-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. İclasın gündəliyində bir neçə əsas məsələ müzakirə olunacaq ki, onlardan biri də legioner limiti ilə bağlıdır. Bir müddət əvvəl AFFA-nın vitse-prezidenti Rauf Əliyev Trend -a açıqlamasında legioner limitinin ləğv olunacağını bildirmişdi. Amma son vaxtlar limitin tam ləğv olunmayacağı barədə söz-söhbət yaranıb.

Mətbuat xidmətinin verdiyi məlumata görə, 2008-2009-cu il futbol mövsümündən etibarən eyni stadiondan üç-dörd klubun istifadə etməsini qadağan edən qərarın qəbul ediləcəyi də gözlənilir.

"Şəfa" stadionunda "İnter", "Standard" və "Olimpik" klubları ev oyunlarını keçirirlər. Növbəti mövsümdən etibarən bu stadionda ancaq "İnter"in oynayacağı gözlənilir.

İK-nın iclasında AFFA-nın müxtəlif komitələrinin sədrlərinin təsdiqlənməsi də gündəlikdə olan məsələlərdəndir.

Xəbər lenti

Xəbər lenti