Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın 21 yaşlı futbolçulardan ibarət yığma komandası bu ilin sentyabr ayının 6 - da yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Azərbaycanın 21 yaşlı futbolçuları Farer adalarının yığma komandası ilə görüşəcəklər. Oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Azərbaycan yığmasının baş məşqçisi Almaniyadan olan Bernhard Lippertdir. O, 17 yaşlı futbolçulardan ibarət yığma komandaya da rəhbərlik edir.