...

Bakıda müəllif mahnıları festivalı keçirilib

Cəmiyyət Materials 7 İyul 2008 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul /TrendLife müx. Eldar Hüseynzadə/

Bakının müəllif mahnıları klubu 1974-cü ildə yaradılıb. Klubun yaradıcısı ixtisasca geoloq olan Robert Avadyayevdir. O, uzun müddətdir ki, Moskvada yaşayır, işləyir və ən əsası mahnı oxuyur. Buna baxmayaq böyük məmuniyyətlə IV Məüəllif mahnı festivalında iştirak edəcək. Festivalın açılışında o, TrendLife-la söhbətləşib.

-Festivaldan nə gözləyirsiniz?

-Düz 34 il bundan əvvəl mən Bakı müəllif mahnıları klubunun yaradıcısı olmuşam. Klub çərçivəsində dostlarımla 10 ilə yaxın çıxış etmişik. Geoloq olduğum üçün tez-tez Moskvaya gedirdim. Ona görə də klubdan uzaqlaşmışdım. Son 10 ildə klub yenidən canlanmağa başladı və indi mənim də bu klubda baş verənlərdən xəbərim var. Xüsusilə də qeyd etmək istərdim ki, Cavid İmamverdiyevin sayəsində klub belə canlanıb. Biz hazırda ona görə bura toplaşmışıq ki, yeni ifaçıları və mahnıları dinləyək. Keçimişimizi yada salaq. Festivaldan böyük və güclü mənzərə gözləyirəm. İstərdim ki, Bakıdan uzaqda yaşayan klubun keçmiş üzvləri adından festivalı təşkil edən İdman və Gənclər Nazirliyinə dərin minnətdarlığımı bildirim.

-Yerli müəllif mahnıları Rusiyadakından nə ilə fərqlənir?

-Fərq çox böyükdür. Əvvəla Bakı xalqı ahəngdardır. İkincisi isə bizim babalarımız bu mahnılarla maraqlanıb, və bizim nəsillərə ötürüblər. Nəticədə biz də bu melodiyaları gözəl kombinasiya etmişik. Buna görə də bakılı müəlliflərini istənilən meydanda uzaqdan asanlıqla tanımaq olur.

- Siz özünüz dediniz ki, keçmişinizi yada salamq istəyirsiniz. Bu o deməkdir ki, hazırda az-az çıxış edirsiniz?

-Əlbəttə. Açıq etiraf edim ki, Bakı mahnı məktəbinin məzunları şimalda müğənni və müəllif kimi tanınmayıb. Bizim vətənimiz və tamaşaçılarımız burdadır. Burada xüsusi energetika var ki, biz onu istifadə edirik. Orada isə ildə üç dəfə mahnı ifa edə bilərik.

-Bəziləri deyir ki, şairlərin musiqiləri indi bəzi böhranlar yaşayır. Yəni belə musiqilər gəncləri az maraqlandır. Siz bununla razısınız?

-Əlbəttə ki, şair musiqiləri dəyişir, bəlkədə nə vaxtsa məhv də ola bilər. Çünki müasir gənclərin düşüncələri fərqlidir. Ən əsası da əvvəllər ənənəvi poetik adlanan dil indi dəyişib.

Xəbər lenti

Xəbər lenti