Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət mərhələsinə başlanılıb.
Hakimliyə namizədlərin seçilməsi zamanı 102 nəfər şəxs bütün imtahanları və yarım illik tədris kursunu müvaffəqiyyətlə başa vurub və hakim işləmək üçün zəruri hazırlığa yiyələnib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev bazar ertəsi jurnalistlərə bildirib ki, imtahanlardan keçən namizədlər avqustda prezidentin sərəncamı ilə hakim təyin olunacaqlar.
Ali Məhkəmə sədri bildirib ki, 102 namizədin təyinatından sonra 20 -dən artıq hakim vəzifəsi boş qalacaq. Bu vəzifələrin tutulması üçün yenidən müsabiqə elan oluncaq.
Rzayev İnzibati-Prosessual Məcəllənin qəbulundan sonra İnzibati Məhkəmələrin apellyasiya məhkəmələrinin tərkibində kollegiya şəklində fəaliyyət göstərəcəyini deyib.
Azərbaycanda hazırda 327 hakim fəaliyyət göstərir. Vakant hakim yerlərinin sayı 200-dən artıqdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]