...

"Neftçi" İntertoto Kubokunun üçüncü mərhələsində Bakıda Rumıniyanın "Vasluy" klubunu məğlub edib

Cəmiyyət Materials 19 İyul 2008 23:43 (UTC +04:00)
"Neftçi" İntertoto Kubokunun üçüncü mərhələsində Bakıda Rumıniyanın "Vasluy" klubunu məğlub edib

Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir İ.Sultanov/ İntertoto Kubokunun üçüncü mərhələsi çərçivəsində Bakının "Neftçi" klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Rumıniyanın "Vasluy" komandasını qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Hesabı 27-ci dəqiqədə Oleq Gerasimyuk açıb. Lakin iki dəqiqədən sonra qonaqlar Stanislav Gençevin səyi ilə "status-kvo"nu bərpa ediblər.

Matçın 84-cü dəqiqəsində isə Rəşad Sadiqov gözəl zərbə ilə "Neftçi"ni hesabda irəli çıxarıb və bununla da qarşılaşmada son nöqtəni qoyub.

Matçı İqor Yeqorovun rəhbərlik etdiyi rusiyalı hakimlər briqadası idarə edib.

İntertoto Kubokunun ikinci mərhələsində "Neftçi" iki oyunun nəticəsinə əsasən Belçikanın "Jerminal" klubunu mübarizədən çıxarıb. Bununla da "Neftçi" avrokubokların üçüncü mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası olub.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti