Azərbaycan, Bakı, 23 iyul /TrendLife müxbir Nigar Musayeva/
İyulun 22-də Milli Mətbuat Günü münasibəti ilə "Womenpress" qadın-jurnalistləri birliyi təltif etmə mərasimi keçirib. Birlik diplomları KİV-nin ən fəal nümayəndələrinə təqdim edib. Onlar arasında TrendLife-ın müxbiri Şahin Cavadsoy və fotoqraf Emin Məmmədov da vardı. Tədbir hər il keçirilir. Bu dəfə pressa ilə yanaşı xeyriyyəçilər, prodüserlər, stilistlər və.s də diplomalarla təltif olunublar. Gecənin aparıcısı "Womenpress"in rəhbəri İlhamə Novruzqızı idi. Onun sözlərinə görə: "Biz "dördüncü hakimiyyət" olaraq həmişə çalışırıq ki, xeyli işlər görən insanların işlərini hər kəsə göstərək. Bu gün isə istədik ki, onlar biz jurnalistlərlə bərabər olsunlar".
Səhnəyə ilk olaraq əməkdar jurnalist Qulu Məhərrəmov dəvət olundu. O, nəinki diplomla təltif olundu, həmçinin tədbiri giriş sözü ilə açıb, öz həmkarlarını bu gün münasibəti ilə təbrik etdi. "Jurnalistlərdən qaçmaq yox-onlara informasiya vermək lazımdır"deyə o, bildirib.