...

Müğənni Elnur çıxış yolu tapa bilmir?

Cəmiyyət Materials 26 İyul 2008 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyul /TrendLife müxbir Z.Rüstəmova/

Yay istirahətini bir qədər təxirə salan müğənni Elnur vədinə əməl etdi. Onun bir müddət əvvələ olan açıqlamasında yeni albomunun tezliklə satışa çıxaralıcağından xəbər vermişdi. Yayın istisində toplunun hazırlıqları ilə məşğul olan müğənni onu bu həftə satışa çıxarıb. Müğənninin TrendLife-a bildirdiyinə görə, albom "Bilmirəm niyə" adlanır. Bu başlıq önun bir növ çıxılmaz vəziyyətdə olduğuna işarə vursa da, müğənni hər bir işinin qaydasında olduğunu bildirdi. Bu sözləri eyni zamanda şəxsi həyatına şamil edən sənətçi əhvalını yay istirahəti ilə artırmağı düşünür. Dincəlmək üçün məkan dəqiqləşdirməyən Elnur: "Vacid olan vaxtdır, dincəlmək üçün yer məhdudiyəti yoxdur. Dostlarım xarici ölkələrə, eyni zamanda bölgələrə dəvət edirlər" dedi.

Albomundan söz salan müğənni bura "Toxun mənə", "Darıxdım", "Son görüş", "Ayan" və s. mahnılarının daxil olunduğunu söylədi. Qeyd edək ki, albom müğənninin Gövhər Həsənzadə, Emil Şahin, Elza Seyidcahan və başqa bəstəkarlarla əməkdaşlığının nəticəsində ərsəyə gəlib.

Xəbər lenti

Xəbər lenti