Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı sərbəst güləşçi Zəlimxan Hüseynov Pekin Olimpiadasında keçirdiyi təsəlliverici görüşdə qələbə qazanıb.
Kubalı idmançı ilə qarşılaşan Hüseynov rəqibini son saniyələrədə məğlub edib. O, 60 kq çəki dərəcəsində mübarizə aparıb.
Azərbaycanlı güləşçi daha iki təsəlliverici görüşdə qələbə qazana bilsə, Olimpiadanın bürünc medalını əldə edə bilər.
Hazırda Azərbaycanın hesabında beş olimpiya medalı var - 1 qızıl, 2 gümüş və 2 bürünc.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]