...

Azərbaycan gənclərin məşğulluq problemini qısa müddətdə həll edə bilər – Ümumdünya Gənclər Sammitinin prezidenti

Cəmiyyət Materials 28 Avqust 2008 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust/ Trend , müxbir L.Əbdüləzimova/ Ümumdünya Gənclər Sammitinin (YES) rəhbərliyi əmindir ki, Azərbaycan regionun yaxşı iqtisadi potensiala malik lideri kimi, ölkə gənclərinin məşğulluq problemini qısa vaxtda həll edə bilər. Bu barədə cümə axşamı YES -in sammitinin rəhbəri Pünam Ahluvaliya Bakıda jurnalistlərə bildirib.

"Gənclərin məşğulluq problemi sentyabrın 24 -27- də Azərbaycan paytaxtında keçiriləcək IV Ümumdünya Gənclərin Məşğulluq Sammitində müzakirə ediləcək", - o bildirib.

Gənclərin məşğulluq kampaniyası çərçivəsində, BMT-nin Minilliyin İnkişaf Məqsədləri təbliğ edilir, gənclər arasında işsizlik problemi müzakirə olunur, həmçinin, iqtisadiyyat, təhsil və səhiyyənin inkişafına vəsait yatırılması təbliğ olunur,- Ahluvalia aydınlaşdırıb.

Sammitə 100 - dən çox dövlətdən 600 nümayəndə dəvət edilib. Onların arasında bir sıra ölkə və beynəlxalq təşkilatların nümayəndələri, dövlət strukturları, biznes-şirkətlərin rəhbərləri var.

IV Ümumdünya Gənclərin Məşğulluq Sammitinin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və bilavasitə YES sammitidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti