...

Azərbaycanın "Neftçi" klubunda almaniyalı futbolçuların oynaması mümkün deyil – baş məşqçi

Cəmiyyət Materials 5 Sentyabr 2008 12:44 (UTC +04:00)
Azərbaycanın "Neftçi" klubunda almaniyalı futbolçuların oynaması mümkün deyil – baş məşqçi

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun yeni baş məşqçisi Hans Yurgen Gede bildirib ki, rəhbərlik etdiyi komandaya Almaniyadan futbolçuların dəvət olunması mümkün deyil.

"Almaniyalı futbolçuların Azərbaycanda oynaması çətin məsələdir. Burda mühit, iqlim çox fərqlidir. Hələlik alman futbolçuların "Neftçi"yə dəvət olunmasını yaddan çıxarmalıyıq", cümə günü Trend Xəbər Agentliyinin mətbuat zalında jurnalistlərlə görüşündə almaniyalı baş məşqçi deyib.

Gede "Neftçi" klubundan əvvəl Azərbaycan yığma komandasında köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Almaniyalı baş məşqçi bildirib ki, ona "Neftçi"də işləmək təklifi milli komandanın Tehranda İran yığması ilə yoxlama oyunundan sonra edilib.

"Neftçi"nin problemləri var və bunların üzərində işləməliyik. Türkiyədə on gün müddətinə təlim-məşq toplanışı keçəcəyik. Həmin hazırlıq prosesində komandada çatışmayan hər şeyi daha yaxşı görmək imkanımız yaranacaq", - deyə baş məşqçi əlavə edib.

Mətbuat konfransında "Neftçi" klubunun hollandiyalı məşqçisi - Gedenin köməkçisi Rob Reekers də iştirak edib.

Köməkçisi barədə məlumat verən Gede bildirib ki, o, Reekerslə Almaniyada məşqçi kimi birgə fəaliyyət göstərib: "Reekers 20 il Almaniyada yaşayıb. O, çox yaxşı futbolçu olub. Biz bir-birimizi çox yaxşı tanıyırıq".

"Neftçi"nin baş məşqçisi deyib ki, köməkçisi ilə birlikdə Almaniyadan Azərbaycana gələrkən çantalarını itiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti