...

Gürcüstanın azərbaycanlılar məskunlaşmış kəndində tikilən məktəbin açılışında ölkənin birinci xanımı iştirak edəcək

Cəmiyyət Materials 18 Sentyabr 2008 11:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 sentyabr / Trend , müxbir N.Kirtsaliya/ Cümə axşamı Gürcüstanın azrbaycanlılar məskunlaşan Marneuli rayonunda iki yeni məktəbin açılış mərasimi keçiriləcək. Gürcüstanın Təhsil və Elm Nazirliyindən Trend-ə verilən məlumata görə, Marneuli rayonunun Molla-oğlu kəndinin şagirdləri beynəlxalq standartlara cavab verən müasir məktəb binasında təhsil alacaqlar.

Məktəbin açılışında Gürcüstanın birinci xanımı Sandra Rulovs və Kvemo Kartli regionunun qubernatoru David Kirkitadze iştirak edəcək.

Kənd məktəbi əvvəllər 1939-cu ildə tikilmiş köhnə binada yerləşirdi. Yeni tədris binası "Yakob Qoqobelaşvili" prezident proqramı çərçivəsində tikilib. Tikinti işlərinə 500 000 lari sərf olunub.

Məktəbin açılış mərasimində Gürcüstanın "Müəllim" jurnalının Azərbaycan dilində işıq üzü görmüş variantı da təqdim olunacaq. Üç aydan bir nəşr olunan jurnal Azərbaycan və erməni dillərinə tərcümə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti