...

Futbol üzrə Finlandiya – Azərbaycan oyununu yayımlayacaq kanalın adı məlum olub

Cəmiyyət Materials 7 Oktyabr 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində Finlandiya ilə keçirəcəyi görüşü "Lider" telekanalı canlı yayımlayacaq. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycanla Finlandiya arasında görüş oktyabrın 11-də, Helsinki şəhərindəki "Olimpiya" stadionunda keçiriləcək.

Finlandiya ilə görüş Azərbaycan yığmasının DÇ-2010 -nun seçmə mərhələsində keçirdiyi sayca üçüncü oyundur. Azərbaycan komandası əvvəlki oyunlarda Uelsə məğlub olaraq (0:1), Bakıda Lixtenşteyn millisi ilə heç-heçə (0:0) edib.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti