...

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Finlandiya ilə oyuna hazır olduqlarını bildirib

Cəmiyyət Materials 9 Oktyabr 2008 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Finlandiya ilə iki gün sonra keçiriləcək oyuna hazır olduqlarını bildirib.

"Komandamız bu oyuna hazırdır. Düzdür, Fabio Luis Ramim bu görüşdə iştirak edə bilməyəcək,amma elə etməliyik ki, problem olmasın. Gənc oyunçulara böyük ümid bəsləyirəm", - cümə axşamı Foqts Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına müsahibəsində deyib.

Baş məşqçi bildirib ki, Finlandiya ilə oyundan əvvəl Bakıda təşkil olunan təlim - məşq toplanışından razı qalıb.

"Toplanışdan çox razı qaldım. Xüsusilə də gənc futbolçuların məşqlərə ciddi yanaşması, peşəkarlıqları məni qane etdi. Komandada gəncləşdirmə siyasətinə üstünlük verirəm. Onların gələcəkdə yaxşı futbolçular olacağına inanıram", - deyə Foqts əlavə edib.

Yığmanın baş məşqçisi deyib ki, Azərbaycanın yeniyetmə futbolçularının Almaniya klublarının heyətində hazırlıq keçməsi üçün köməyini əsirgəməyəcək.

"Bəhreynlə yoldaşlıq oyunundan sonra Almaniyaya gedib, bu məsələ ilə bağlı bir sıra klublarla danışıq aparacağam. Biz gələcəyi olan yeniyetmə futbolçuların xarici klublarda oynamalarına şərait yaratmalıyıq".

Azərbaycanla Bəhreyn arasında yoxlama oyunu oktyabrın 15 - də Bəhreyndə keçiriləcək.

Foqts Azərbaycan yığmasına bu ilin aprel ayından rəhbərlik etməyə başayıb. Azərbaycan millisi onun baş məşqçi olduğu dövrdə altı oyun keçirib - üç məğlubiyyət, iki heç - heçə, bir qələbə.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti