...

Azərbaycan Milli Avarçəkmə Federasiyasının nümayəndələri FİSA-nın konfransında iştirak edəcəklər

Cəmiyyət Materials 13 Oktyabr 2008 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) baş katibi Fikrət Zeynalov və akademik avarçəkmə üzrə yığma komandanın almaniyalı baş məşqçisi Rüdiger Hauffe Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSE) konfransında iştirak edəcəklər. Bu barədə bazar ertəsi Trend -a AMAF-ın mətbuat xidməti məlumat verib.

Konfrans oktyabrın 17-də başlayacaq və üç gün davam edəcək.

Sinqapurda keçiriləcək konfransda yeniyetmə idmançıların Yay Olimpiya Oyunlarına hazırlığı, milli federasiyalar arasında əməkdəşlıq məsələləri müzakirə olunacaq.

Yeniyetmələr arasında Yay Olimpiya Oyunları Sinqapurda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti