...

Azərbaycan, Türkiyə və İsrailin Los-Ancelesdəki Baş konsulları birgə konfrans keçirəcəklər

Cəmiyyət Materials 23 Oktyabr 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir C.Babayeva/ Kaliforniyanın Los-Anceles şəhərində Amerika Azərbaycanlıları Şurası, Amerika Yəhudi Komitəsi və Türk Amerika Assosiasiyası birlikdə "Körpülərin qurulmasi-Xəzər dənizindən Aralıq dənizinədək. Azərbaycan, Türkiyə və İsrailin Baş Konsulları ilə Dialoq" mövzusunda konfrans keçirəcəklər. Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsindən cümə axşamı verilən məlumata əsasən, noyabrın 6-da keçiriləcək tədbirdə hər üç ölkənin Los Ancelesdəki Baş konsulları Elin Süleymanov, Hakan Tekin və Jakob Dayan iştirak edəcəklər.

Məlumatda həmçinin bildirilib ki, dekabrın 6-da Amerika Azərbaycanlıları Şurası və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Kaliforniyanın İrvin Universitetində ənənəvi "III Amerikalı Azərbaycanlıların Akademik Bilik Forumu" keçiriləcək. Tədbirdə Azərbaycanın türk köku və tarixi, çoxtərəfli ABŞ-Azərbaycan münasibətləri, Qafqazda siyasi və regional münaqişələr, eyni zamanda enerji təhlükəsizliyi, iqtisadi və texnoloji məsələlər müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti