...

Türkiyə klubunda çıxış edən azərbaycanlı futbolçu zədələnib

Cəmiyyət Materials 5 Noyabr 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Boluspor" klubunda çıxış edən azərbaycanlı futbolçu İlqar Qurbanov zədələnib. Bu barədə Türkiyə mətbuatına "Boluspor"un baş məşqçisi Serhat Güller məlumat verib.

"Boluspor" Türkiyənin birinci liqasında çıxış edir. Komanda hazırda 11 xalla 12-ci pillədə qərarlaşıb.

Güller bildirib ki, Qurbanov sonuncu turda keçirilən "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubu ilə oyunda zədə alıb.

"İlqarın zədəsi o qədər də ciddi deyil. "Sakaryaspor"la oyunda meydana çıxa bilər", - deyə baş məşqçi əlavə edib.

Qurbanov "Qaziantep Böyükşəhər Bələdiyyəspor"la oyunda "Boluspor"un yeganə qolunu vurub.

"Boluspor"un Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovu da transfer edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti