Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov Almaniyanın Drezden şəhərində keçiriləcək konqresdə iştirak edəcək. Bu barədə Trend -a AŞF-nın mətbuat xidməti məlumat verib.
Bir çox ölkələrin şahmat federasiyalarının rəsmilərinin iştirak edəcəyi konqres öz işinə noyabrın 16-da başlayacaq və 25-dək davam edəcək.
Noyabrın 12-dən 25-dək Drezden şəhərində Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]