...

Azərbaycanda dövlət uşaq evlərinin transformasiyası üzrə baş plan hazırlanıb

Cəmiyyət Materials 19 Noyabr 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda dövlət uşaq evlərinin transformasiyası üzrə beş illik baş plan hazırlanıb.

"Plan 2006-cı ildə prezident tərəfindən qəbul olunan dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı çərçivəsində hazırlanıb. İlkin layihəyə görə, beş il ərzində 23 uşaq evində transformasiya planı reallaşdırılacaq", - deyə təhsil naziri Misir Mərdanov çərşənbə günü jurnalistlərə bildirib.

Mərdanov bildirib ki, planın reallaşdırılmasının birinci ili ərzində 12, üç il ərzində isə 20 uşaq evi ümumtəhsil məktəbinə, lisey və ya gimnaziyaya çevriləcək.

"Planın hazırlanması üçün 55 uşaq evində Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşları və UNICEF-in beynəlxalq ekspertlərinin iştirakı ilə nazirlik yanında işçi qrup tərəfindən sorğu aparılıb", - deyə nazir bildirib.

UNICEF-in Azərbaycandakı rəhbəri Məhəmməd Bendriss Əlami bildirib ki, gələn il təqdim olunacaq planın reallaşdırılmasına UNICEF dəstək göstrməyə hazırdır. "Uşaq evlərinin tarnsformasiyası bütün cəmiyyət üçün problemdir. Bütün müvafiq dövlət strukturları, tərbiyə alanlar və QHT-lər planın reallaşdırılmasına qoşulmalıdır", - deyə o bildirib.

Azərbaycanda 14 389 uşaq dövlət uşaq müəssisələrində təhsil alır, onlardan 4055 nəfəri müəssisədə yaşayır. Müəssisədə yaşayan uşaqların 2900 nəfəri oğlan, 1155 nəfəri isə qızdır. 2434 nəfər uşaq hər iki valideyni olanlar, 1142 nəfər bir valideyni olanlar, 399 nəfər atılmış və valideyin himayəsindən məhrum olanlar, 80 nəfər isə hər iki valideynini itirmiş uşaqlardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti