...

Azərbaycanın "Qəbələ" klubu 4 -5 oyunda hakimlərin səhvinə görə xal itirib – baş məşqçi

Cəmiyyət Materials 1 Dekabr 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubunun baş məşqçisi Ramiz Məmmədov komandanın birinci dövrədəki çıxışından razı qalmayıb.

"Birinci dövrədəki çıxışımız məni razı salmadı. Bəzi oyunlarda futbolçuların oyunundan narazı qaldım. Biz hazırda layiq olmadığımız yerdə qərarlaşmışıq. Təbii ki, bu məni razı salmır. "Qəbələ" hazırkı heyətlə daha yuxarı

pillələrdə olmalı idi".

"Qəbələ" Azərbaycan Premyer -Liqasının birinci dövrəsini 12 xalla 10 - cu pillədə başa vurub.

Məmmədovun fikrincə, bu ilin yayında etdikləri bəzi transferlər ümidləri doğrultmayıb.

"Yayda aldığımız futbolçulardan bəziləri ümidlərimizi doğrultmadılar. Biz onlardan daha yaxşı oyun gözləyirdik", - deyə Məmmədov əlavə edib.

"Qəbələ" bu ilin yayında Miliya Jijiç, Tyaqu Enrike da Silva, Asen Nikolov və Fərzad Hatəmini transfer edib.

Baş məşqçi Premyer - Liqanın ilk dövrəsində hakimlərin fəaliyyətindən də narazı qalıb.

"Hakimlərin işindən narazı qalmışam. Səhvlər çox oldu. Konkret olaraq 4 -5 oyunda hakimlərə görə xal itirdik".

Məmmədov komandasının ikinci dövrədə daha yaxşı çıxış edəcəyinə inandığını bildirib.

"İnanıram ki, ikinci dövrədə daha yaxşı çıxış edəcəyik. Bunun üçün bütün qüvvəmizi sərf etməyə hazırıq. Yaxın günlərdə transferə çıxaracağımız futbolçuların adlarını açıqlayacağıq. Bununla bağlı qərarımı dekabrın 5 - dən sonra açıqlamağı planlaşdırıram. Heyətimizi bir neçə futbolçu ilə gücləndirmək istəyirik".

Məmmədov yerli futbolçularla yanaşı, xaricdən legionerlər dəvət etmək istədiklərini də deyib.

"Əsas üstünlük legioner futbolçulara veriləcək. Amma yerli oyunçular da almaq fikrimiz var. Hazırda onlarla danışıqlar gedir. Yeni futbolçular komandaya yanvar ayında qoşulacaq".

Məmmədov 2006 - cı ilin oktyabrından "Qəbələ"nin baş məşqçisidir.

Baş məşqçi bildirib ki, "Qəbələ" ikinci dövrəyə Türkiyədə hazırlaşacaq.

"Yanvarın 4 - 5-də futbolçular məzuniyyətdən qayıdacaqlar. Hazırlığın ilk mərhələsini ölkədə - Qəbələ və İmişli rayonlarında keçirmək fikrimiz var. İkinci mərhələ Türkiyədə olacaq", - deyə Məmmədov əlavə edib.

"Qəbələ" ötən mövsüm Premyer-Liqanı 6 - ci yerdə başa vurub. Komanda futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinədək irəliləyə bilib.

"Qəbələ" üç dəfə adını dəyişib. 1995- ci ildə "Göy - Göl" adı ilə yaradılan klub 2005 - ci ilin mayından "Gilan" adlandırılıb. Ötən il avqustun 31- dən komanda "Qəbələ" adı altında çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti