Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun yeni baş məşqçisi İqor Ponomaryov hesab edir ki, yığma komandada ancaq yerli futbolçular oynamalıdır.
"Niyə milli komandada legioner futbolçular oynamalıdır? Fikrimcə, yerli futbolçulara üstünlük verilməlidir", - cümə günü Ponomaryov Trend Xəbərlər Şirkətinin konfrans zalında keçirilən mətbuat konfransında deyib.
Ponomaryov "Xəzər - Lənkran"ın baş məşçqisi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib.
Baş məşçqi bildirib ki, klublar da yeri futbolçulara üstünlük verməlidir.
"Legioner futbolçulara da ehtiyac var. Amma klublar, əsasən, yerli futbolçulara üstünlük verməlidir".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]