...

Futbol üzrə Azərbaycan millisinin kapitanı "Kocaelispor"la yarım illik müqavilə bağlayıb

Cəmiyyət Materials 23 Yanvar 2009 16:07 (UTC +04:00)
Futbol üzrə Azərbaycan millisinin kapitanı "Kocaelispor"la yarım illik müqavilə bağlayıb

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin "Kocaelispor" klubu ilə yarım illik müqavilə bağlayıb.

"Kocaelispor"la yarım illik müqavilə bağladım. Müqavilə müddətinin az olmasını özüm istədim", cümə günü Trend -a Türkiyədən telefonla Sadıqov deyib.

Sadıqovun "Kocaelispor"un düşərgəsinə getməsi ilə bağlı ilk xəbəri Trend yayıb.

Futbolçu bildirib ki, əvvəlki klubu - Bakının "Neftçi" komandası onun "Kocaelispor"la müqavilə bağlamasına problem yaratmayıb.

"Neftçi" ilə razılığa gəldik. Bakı klubunun tələb etdiyi transfer haqqını özüm ödəyəcəyəm", - deyə Sadıqov əlavə edib.

Sadıqov "Neftçi"nin hansı məbləğdə transfer haqqı tələb etdiyi barədə məlumat vermək istəməyib.

"Kocaelispor" klubu digər azərbaycanlı futbolçu -  Ramal Hüseynovla da icarə əsasında yarım illik müqavilə bağlayıb.

"Kocaelispor" yanvarın 25-də Türkiyə Superliqası çərçivəsində "Hacettepe" komandası ilə oynayacaq. Azərbaycanlı futbolçuların da bu görüşdə iştirak edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti