...

Iranın futbol üzrə milli komandasının baş məşqçisi istefaya göndərildi

Cəmiyyət Materials 29 Mart 2009 13:59 (UTC +04:00)

İran İslam Respublikasının futbol üzrə milli komandasının baş məşqçisi Əli Dayi istefaya göndərildi. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İran və Səudiyyə Ərəbistanı arasında martın 28-də Tehranın Azadlıq stadionunda Dünya çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində görüş keçirilib. Görüşdə İran milli komandası 2:0 hesabi ilə uduzub. Bu səbəbdən İranın Futbol Federasiyısı Dayini istefaya göndərib.

İranın milli futbol komandası Səudiyyə Ərəbistanı milli komandasına 100 min nəfərlik tamaşaçı qarşısında məğlub olub. İran 6 imtiyazla cədvəldə dördüncü yeri tutur və Dünya çempionatında iştirak etməsi çətinləşir.

Dayi İran milli futbal komandasının heyətində 147 oyunda hucumçu kimi oynayıb və 109 top vurub.

Xəbər lenti

Xəbər lenti