...

Azərbaycan və Dağıstan gənclər siyasəti sahəsində münasibətlərin inkişafı yollarını müzakirə edəcəklər

Cəmiyyət Materials 1 Aprel 2009 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ Trend , müxbir C.Babayeva /

Azərbaycan və Dağıstan gənclər siyasəti sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edəcəklər.

Dağıstanın gənclərlə işlər üzrə nazir müavini Qapiz Qapizovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 1-3-də Bakıda rəsmi səfərdə olacaq. Bu barədə Gənclər və İdman Nazirliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Səfər zamanı Dağıstanın Gənclərlə İşlər üzrə Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Dağıstan nümayəndə heyəti Azərbaycanın gənclər siyasəti ilə tanış olacaq və gənclər təşkilatları ilə görüşlər keçirəcək.

Azərbaycanın gənclər siyasəti və idman sahəsində əməkdaşlıq üzrə 50 ölkə ilə müqaviləsi mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti