...

Azərbaycanın İranla sərhəd bölgəsində narkomanların sayı artıb

Cəmiyyət Materials 6 İyul 2009 13:18 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 06 iyul / Trend , muxbir P.Əliyeva /

Azərbaycanın İranla sərhəddə yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr cənubda) narkomanların sayı artıb.

"Lənkəran şəhər Narkoloji Dispanseri tərəfindən altı ayda 41 narkoman qeydiyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 nəfər  çoxdur", - bazar ertəsi Trend -a dispanserin baş həkimi Vügar Əliyev məlumat verib.

Onun sözlərinə görə, altı ayda qeydə alınan narkomanlardan biri, ümumilikdə dispanserdə qeydiyyatda olan 1144 narkomandan səkkizi qadındır. Altı ayda 23 nəfər stasionar, 54 nəfər ambulator müalicə alıb. Hazırda isə 7 xəstə stasionar, 11 nəfər ambulator müalicəyə cəlb olunub. Daha  384 narkoman profilaktik qeydiyyatdadır.

Dispanserdə 227 alkoqollu, 9 toksikomaniya xəstəsi qeydiyatdadır. Baş həkim narkomanların sayının hazırki statistikadan çox olduğunu da istisna etməyib.

Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti