...

Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika gətirməkdə ittiham olunan İran vətəndaşlarına 24 il cəza verilib

Cəmiyyət Materials 17 İyul 2009 13:29 (UTC +04:00)
Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika gətirməkdə ittiham olunan İran vətəndaşlarına 24 il cəza verilib

Azərbaycan, Bakı, 17 iyul / Trend , muxbir H.Bağırov /

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika gətirməkdə ittiham olunan İran vətəndaşlarına hökm oxunb.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin cümə günü çıxardığı hökmlə İran İslam Respublikasının vətəndaşları - Qeybullayev Fazil Seyfulla oğluna və Babazadə Nüsrət Həbib oğluna 12 il cəza təyin edilib.

İranın Ərdəbil vilayətinin sakinləri Qeybullaev Fazil Seyfulla oğlu və Babazadə Nüsrət Həbib oğlu bu il fevralın 24-də Azərbaycanın Lənkəran rayonu ərazisindəki N saylı hərbi hissəsinin sərhəd zastavası ərazisində dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Lerik rayonunun Conitülü kəndinə keçiblər. Həmin gün hər iki şəxs saxlanılıblar və onlardan 2 kiloqrama yaxın narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.3.2-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3-cü) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti