...

Azərbaycanda Avropada ən yüksək sayılacaq kompleks avtomatik meteoroloji stansiyaların quraşdırılmasına hazırlıq işləri gedir

Cəmiyyət Materials 23 İyul 2009 10:36 (UTC +04:00)
"Azərbaycanda yaradılacaq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin tərkib hissəsi kimi, Tufandağın ən uca nöqtəsində - 4192 metr yüksəklikdə və Şahdağ zirvəsində - 4250 metr hündürlükdə Avropada ən yüksək sayılacaq 2 kompleks avtomatik meteoroloji stansiyanın quraşdırılmasına hazırlıq işləri gedir", - deyə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı bildirib.
Azərbaycanda Avropada ən yüksək sayılacaq kompleks avtomatik meteoroloji stansiyaların quraşdırılmasına hazırlıq işləri gedir

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanda Avropada ən yüksək sayılacaq kompleks avtomatik meteoroloji stansiyaların quraşdırılmasına hazırlıq işləri gedir.

"Azərbaycanda yaradılacaq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin tərkib hissəsi kimi, Tufandağın ən uca nöqtəsində - 4192 metr yüksəklikdə və Şahdağ zirvəsində - 4250 metr hündürlükdə Avropada ən yüksək sayılacaq 2 kompleks avtomatik meteoroloji stansiyanın quraşdırılmasına hazırlıq işləri gedir", - deyə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaradılması layihəsinin icrası üçün Şahdağ-Tufandağ ərazilərində, dəniz səviyyəsindən 3000 metr yüksəklikdə meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi üzrə Mərkəz artıq inşa edilir.

"Eyni zamanda, ərazinin müxtəlif nöqtələrində quraşdırılacaq veb-kameralar sayəsində qiymətli məlumatlar əldə etməklə bərabər, hər bir Azərbaycan vətəndaşı internet vasitəsilə həmin əraziləri canlı rejimdə görə biləcək. Bütün kompleksin avtonom rejimdə fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün burada günəş və külək generatorlarından istifadə olunacaq", - Bağırov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti