...

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın cənubunda diabetli uşaqlar üçün sağlamlıq düşərgəsi yaradılıb

Cəmiyyət Materials 11 Avqust 2009 14:15 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın cənubunda diabetli uşaqlar üçün sağlamlıq düşərgəsi yaradılıb

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva /

Heydər Əliyev Fondunun dəstəyi ilə Lənkəranın istirahət mərkəzlərindən birində şəkərli diabetdən əziyyət çəkən uşaqların psixoloji və sosial reabilitasiyası üçün düşərgə yaradılı.

Düşərgə avqustun 1-dən 15 kimi təşkil edilib,  Trend -a bazar ertəsi fonddan məlumat verilib.

Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərin aillələrindən, həmçinin iki və daha çox uşaqlı ailələrdən olan, şəkərli diabetdən əziyyət çəkən 30 uşaq üçün nəzərdə tutulan düşərgədə 4 həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq fəaliyyət göstərir.

Burada uşaqlar Lənkəranın tarixi yerlərinə də ekskurisya edir, müxtəlif idman və əyləncəli oyunlarda iştirak edirlər.

Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondun fəaliyyəti Azərbaycanda müxtəlif sahələrin inkişafına yönəlib. Bu məqsədlə mədəniyyət, təhsil, səhiyyə sahələrində layihələr həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti