Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir E.Ostapenko /
Bazar ertəsi Bakıda Qızıl Aypara Cəmiyətinin Quba mərkəzinin bərpaolunmadan sonra açılışı keçirilib, bərpa işlərinin həyata keçirilməsinə maddi və texniki yardımı İsrailin Magen David Adom təşkilatı göstərib.
Magen David Adom mərkəzin bərpasına 4 min dollar sərmayə yatırıb.
"Mən Azərbaycanda ilk iş həftəmə nə ilə başlayacağımı fikirləşərkən, insanların həyatını xilas edən Qızıl Aypara Cəmiyətinə səfərlə başlamaqdan yaxşı bir ssenari düşünə bilmirəm", - İsrailin Azərbaycandakı yeni səfiri Mixayıl Lavon-Lotem bildirib.
Səfir bunun ilk görüş olduğunu bildirib və növbəti görüşlər zamanı İsrail ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın möhkəmlənməsinin davam edəcəyinə ümid etdiyini bildirib.
Xeyriyyəçilik ilə məşğul olan, Magen David Adom fəaliyyətinə yaxın olan londonlu ravvin İossi İves (Yossi Ives) Cəmiyyətin prezidenti Novruz Aslanova əməkdaşlığın inkişafına verdiyi töhvələrə görə minnətdarlıq sertifikatı verib.
İves bugünkü hadisənin ardınca tibb və ümumilikdə cəmiyyətin humanitar missiyası sahəsində İsrail və Azərbaycan mütəxəssisləri arasında treninqlər silsiləsinin davam edəcəyinə ümid etdiyini bildirib.
Ötən il Magen David Adom təşkilatının əməkdaşları həftə ərzində Azərbaycan üzrə treninqlər keçiriblər. Bu il bütün ölkə üzrə oxşar tədbirlərin keçirilməsi planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend .az