...

Azərbaycanda ekoloji qanunvericiliyi pozduğu üçün bir neçə müəssisə cərimələnib

Cəmiyyət Materials 8 Sentyabr 2009 10:56 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib.
Azərbaycanda ekoloji qanunvericiliyi pozduğu üçün bir neçə müəssisə cərimələnib

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda ekoloji qanunvericiliyi pozduğu üçün bir neçə müəssisə cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin keçirdiyi monitorinqlər nəticəsində bir sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edilib.

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar.

Qafqaz Konserv Zavodunda formalaşan məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğunun quraşdırılmaması səbəbindən təmizlənməmiş və zərərsizləşdirilməmiş bütün nov tullantı suları müəssisənin yaxınlığından keçən kanal vasitəsilə Qudyalçaya axıdıldığı müəyyən olunub.

Qeyd olunan faktla əlaqədar müəssisənin direktoru barəsində akt tərtib edilib.

Xaçmaz rayonunun Nabran Xəzər sahili zolağında yerləşən "Geofizik" İstirahət Mərkəzində formalaşan məişət çirkab sularının bir qisminin təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunub.

Faktla əlaqədar cavabdeh şəxs 10 000 manat məbləğində cərimə olunub .

"Dostluq" MMC-nin məişət tullantı sularının təmizlənməsi üçün təmizləyici qurğusu olmadığından digər istirahət mərkəzlərindən müqavilə əsasında qəbul olunan məişət çirkab sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması faktı aşkar olunub.

"Dostluq" MMC hüquqi şəxs qismində 10 000 manat məbləğində cərimə olunub.

Bütün faktlar üzrə çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti