...

Azərbaycanda yeni futbol stadionu tikiləcək

Cəmiyyət Materials 24 Sentyabr 2009 13:00 (UTC +04:00)
Trend News-un məlumatına görə, bununla bağlı açıqlamanı “Unibank”la bu gün sponsorluq müqaviləsi imzalayan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.
Azərbaycanda yeni futbol stadionu tikiləcək

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir F.Huseynli /

Azərbaycanda "Unibank" Kommersiya Bankının maddi dəstəyi sayəsində futbol stadionu tikiləcək.

Trend -un məlumatına görə, bununla bağlı açıqlamanı "Unibank"la bu gün sponsorluq müqaviləsi imzalayan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.

O bildirib ki, Premyer Liqanın baş sponsoru olan bu Kommersiya Bankından alınacaq məbləğ stadion inşasına sərf olunacaq.

"Azərbaycan Futbol Federasiyaları Assosasiyası ilə belə qərara gəlmişik ki, "Unibank"dan alınacaq ilk məbləği stadionun inşasına yönəldək. Ramanı qəsəbəsində inşa olunacaq stadionun adı isə "Şuşa" olacaq - Musayev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti