...

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan dəstə üzvlərinə 81 il cəza verilib

Cəmiyyət Materials 5 Oktyabr 2009 16:00 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə "Hizbullah" və "Əl-Qaidə" ilə əməkdaşlıqda ittham olunan Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşovun məhkəmə prosesi başa çatıb.
İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan dəstə üzvlərinə 81 il cəza verilib

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , muxbir H.Bağırov/

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan dəstə üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə "Hizbullah" və "Əl-Qaidə" ilə əməkdaşlıqda ittham olunan Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşovun məhkəmə prosesi başa çatıb.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunanların ikisi - Kərəki Əli Məhəmməd və Nəciməddin Əli Hüseyn Livan, qalan 4 nəfər - Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Azərbaycan vətəndaşlarıdır.

Məhkəmənin hökmü ilə Kərəki Əli Məhəmmədə 15, Nəciməddin Əli Hüseyn 15, Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13 və Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportları olub.

Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti