Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycan Unibank Premyer Liqasının təxirə salınmış III turu çərçivəsində Bakının "Neftçi" klubu səfər oyununda Qəbələnin eyniadlı klubuna 0:1 hesabıyla uduzub.
Yeni baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında çıxan "Neftçi" bununla son bir həftədə ikinci məğlubiyyətin acısını dadıb.
"Neftçi" bundan öncə Ağdamın "Qarabağ" klubuna 0:1 hesabıyla uduzmuşdu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]