...

"Türkün gizli tarixi" kitabı türkə aid olub, etiraf olunmayan məqamlara işıq salır - deputat

Cəmiyyət Materials 22 Oktyabr 2009 15:20 (UTC +04:00)
"Türkün gizli tarixi" kitabı türkə aid olub, lakin illərdi etiraf olunmayan məqamlara işıq salır, Trend News-un məlumatına görə, bu barədə cümə axşamı kitabın təqdimetmə mərasimində professor, millət vəkili Nizami Cəfərov deyib.
"Türkün gizli tarixi" kitabı türkə aid olub, etiraf olunmayan məqamlara işıq salır - deputat

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

"Türkün gizli tarixi" kitabı türkə aid olub, lakin illərdi etiraf olunmayan məqamlara işıq salır, Trend -un məlumatına görə, bu barədə cümə axşamı kitabın təqdimetmə mərasimində professor, millət vəkili Nizami Cəfərov deyib.

Professor bildirib ki, kitabda müəlliflər mənsub olduqları etnosu tərifləməkdən daha çox etnosun obrazını yaratmağa çalışıblar.

"Bu kitab "türkün tarixi niyə gizlədilib" məntiqini açmaq üçün çox önəmlidir. Kitabın digər üstün cəhəti onun elmiliyi, akademizmi ilə yanaşı, oxunaqlı dildə yazılmasıdır", - deyə Cəfərov vurğulayıb.

Professor Firudin Cəlilov isə qeyd edib ki, əsər türkün tarixi ilə bağlı indiyədək yazılan kitabların sonuncusudur və "Türk etnosu Ön Asiyada formalaşıb" konsepsiyası ilə yazılıb.

Professor Nizami Xudiyevun fikrincə, əsər türkün gizlədilmiş tarixinə vaxtında və ətraflı yazılmış bir baxışdır.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, türkün tarixini araşdırmaq üçün dəqiq mənbələr tapılıb araşdırılmalıdır və o mənbələr əsasında tarixin düzgün yazılmasına ehtiyac var.

"Türklər tarixi yaradır. Təəssüflər ki, tariximiz müxtəlif coğrafiyalarda müxtəlif cür saxtalaşdırılıb. Bu baxımdan "Türkün gizli tarixi" kitabının əhəmiyyəti böyükdür", - deyə Paşayeva vurğulayıb.

Kitabın müəlliflərindən olan Yunus Oğuz isə bildirib ki, kitabda yer alan fikirlər əslində bir çox alimlər tərəfindən ayrı-ayrı sahələrdə deyilib.

"Amma onun fəlsəfi, siyasi ümumiləşdirməsi yox idi. Sübut etdik ki, qədim türklərin ilkin məskəni güney-quzey Azərbaycan və Anadolu olmuş, dünyanın hər yerinə buradan yayılmışlar. Şimala, Cənuba, Qərbə, Şərqə də türklər bu yerlərdən köç etmiş, sonra isə tarixin məlum zamanında böyük axınla geri qayıtmışlar. "Türkün gizli tarixi"nin əsas mahiyyəti də bundan ibarətdir", - deyə Oğuz bildirib.

Yunus Oğuz və Bəxtiyar Tuncayın müəllifi olduğu "Türkün gizli tarixi" kitabı türk dünyasının qədim tarixinin açılmayan qatlarına elmi səyahət və tədqiqatçılara mesajdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti