...

Azərbaycanlı alim bir ildən artıqdır İranda qanunsuz həbsdə saxlanılır

Cəmiyyət Materials 27 Oktyabr 2009 12:51 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi çərşənbə axşamı Trend xəbərlər şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə alimin həbsi ilə bağlı məlumat verib.
Azərbaycanlı alim bir ildən artıqdır İranda qanunsuz həbsdə saxlanılır

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanlı alim bir ildən artıqdır qanunsuz olaraq İranda İstintaq təcridxanasında saxlanılır.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi çərşənbə axşamı Trend xəbərlər şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi tədbirdə alimin həbsi ilə bağlı məlumat verib.

Müdafiə Komitəsinin sədri Soltan Məmmədov bildirib ki, Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb.

Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb.

Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər.

Komitə sədri bildirib ki, Əliyevin həbsinin səbəblərinin araşdırılması və azadlığa çıxması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar ünvanlanıb, İranın Azərbaycandakı səfirliyi məlumatlandırılıb, lakin indiyədək alimin ailəsinə onun həbsinin səbəbləri barədə rəsmi məlumat verilməyib.

Komitə və alimin ailəsi əlaqədar qurumlardan Əliyevin qanunsuz həbsdən azad olunması və onun vətənə qayıtmasına kömək göstərilməsini xahiş edir.

Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib.

Sərhəd Qoşunlarının "Keşikçi gəmisi", Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin "Tədqiqat gəmisi", "Balıq mühafizə gəmisi"nin əsaslı təmirinə cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti