...

Azərbaycanlı qaçqınlar Bakı Dövlət Universitetinin yataqxanalarından çıxarılacaqlar - rektor

Cəmiyyət Materials 27 Oktyabr 2009 16:07 (UTC +04:00)
"Bakı Dövlət Universitetinin yaraqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər tezliklə oradan çıxarılacaq və başqa yerlərə köçürüləcəklər", -Trend News-un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.
Azərbaycanlı qaçqınlar Bakı Dövlət Universitetinin yataqxanalarından çıxarılacaqlar - rektor

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanlı qaçqınlar Bakı Dövlət Universitetinin yataqxanalarından çıxarılacaqlar.

"Bakı Dövlət Universitetinin yaraqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər tezliklə oradan çıxarılacaq və başqa yerlərə köçürüləcəklər", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.

Məhərrəmovun sözlərinə görə, 7000 minə qədər tələbə üçün nəzərdə tutulan yataqxanalarda yaşayanların 90 faizi qaçqın və məcburi köçkünlərdir.

"Biz bu məsələni Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə müzakirə etmişik. Razılaşmaya görə yataqxanalarda məskunlaşan qaçqın və məcburi köçkünlər ayrılacaq müvafiq yerlərə köçürüləcəklər", - rektor əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti