...

"Donuz qripi"nə yoluxmuş şəxsin səhhətində müsbət irəliləyişlər müşahidə edilir – Azərbaycanın Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 5 Noyabr 2009 13:30 (UTC +04:00)
“Donuz qripi” (A/H1N1) virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda olan xəstənin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir, bu barədə cümə axşamı Azərbaycanın Səhiyyə Nazirliyindən bildirilib.
"Donuz qripi"nə yoluxmuş şəxsin səhhətində müsbət irəliləyişlər müşahidə edilir – Azərbaycanın Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir Ü.İsmayılova/

"Donuz qripi" (A/H1N1) virusuna yoluxan və hazırda Elmi-tədqiqat ağciyər xəstəlikləri institutunda olan xəstənin vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir, bu barədə cümə axşamı Azərbaycanın Səhiyyə Nazirliyindən bildirilib.

"Xəstənin vəziyyətində müsbət irəliləyişlər müşahidə edilir", - nazirlikdən bildirilib.

İdarədən həmçinin bildirilib ki, onunla birlikdə ölkəyə gələn xəstənin yaxın qohumlarının vəziyyəti normal kimi qiymətləndirilir, onlarda xəstəliyin heç bir simptomları yoxdur.

"Ukraynadan onunla birlikdə gələn şəxslərlə bağlı profilaktik tədbirlər görülür və hazırda onların heç birində "donuz qripi"nin simptomları aşkar olunmayıb", - nazirlikdən bildirilib.

Xəstənin həyat yoldaşından və qızından götürülən nümunələrin analizlərinin nəticələri bu gün günün sonunda açıqlanacaq, bu barədə cümə axşamı Azərbaycanın Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib.

Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında çərşənbə günü A/H1N1 aşkar edilib. Xəstə Ukraynadan ölkəyə dəmiryolu nəqliyyatı ilə gəlib.

Azərbaycanda iyulda "dozun qripi"nə iki yoluxma faktı qeydə alınıb. Sözügedən faktlar Fransa və İngiltərədən glən şəxslərdə aşkar olunub. Yoluxanların hər ikisi tamamilə sağalıb

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti