...

AFFA Berti Foqtsla yeni müqavilə bağlayıb

Cəmiyyət Materials 10 Noyabr 2009 10:42 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə milli yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsla yeni müqavilə imzalayıb.
AFFA Berti Foqtsla yeni müqavilə bağlayıb

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol üzrə milli yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsla yeni müqavilə imzalayıb.

AFFA-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Foqtsla görüşərək onun ötən dövr ərzindəki fəaliyyəti barədə hesabatını və gələcək üçün fəaliyyət proqramını dinləyib.

Müzakirələrdən sonra Foqtsun milli komandanın baş məşqçi kimi fəaliyyəti 2 il müddətinə uzadılıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Dekabrda Foqtsun 1 illik müqaviləsi başa çatırdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti