...

Azərbaycanda icra strukturları korrupsiyaya qarşı mübarizəyə daha çox diqqət göstərməlidir - Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya üzvü

Cəmiyyət Materials 19 Noyabr 2009 12:44 (UTC +04:00)
Azərbaycanda icra strukturları korrupsiyaya qarşı mübarizəyə daha çox diqqət göstərməlidir, Trend News-un məlumatına görə, bunu cümə axşamı Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar: irəliyə baxış" mövzusunda keçirilən konfransında komissiyanın üzvü, deputat Bəxtiyar Əliyev bildirib.
Azərbaycanda icra strukturları korrupsiyaya qarşı mübarizəyə daha çox diqqət göstərməlidir - Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya üzvü

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda icra strukturları korrupsiyaya qarşı mübarizəyə daha çox diqqət göstərməlidir, Trend -un məlumatına görə, bunu cümə axşamı Bakıda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində islahatlar: irəliyə baxış" mövzusunda keçirilən konfransında komissiyanın üzvü, deputat Bəxtiyar Əliyev bildirib.

"Aparılan sorğuların nəticəsi göstərir ki, Prezidentin bu sahədə həyata keçirdiyi kurs düzgündür və xalq tərəfindən dəstəklənir. Amma icra orqanları barəsində bu fikri söyləmək olmur", - Əliyev deyib.

Azərbaycanda korrupsiya halları ilə bağlı cinayət işləri artıb. "Bu ilin yanvarından indiyə qədər 156 şəxs barəsində 98 cinayət işi istintaq olunub və baxılması üçün məhkəməyə göndərilib", - Trend -un məlumatına görə, bunu öncə jurnalistlərə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev bildirib.

Ötən il korrupsiya hallarına görə 70 iş baxılaraq məhkəmələrə göndərilib.

Əliyevin sözlərinə görə, Azərbaycanda korrupsiya sahəsində qeyri-hökumət təşkilatlarının apardığı sorğu nəticəsində əhalinin 77,5 faizi Prezident Administrasiyasının koruppsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi siyasətə etimad göstərir.

Komissiya üzvü Azərbaycanın işğal olunmuş ərazilərində çirkli pulların yuyulması və narkotik maddələrin qanunsuz dövriyəsinin artdığını bildirib.

"Azərbaycanın işğal olunmuş əraziləri nəzarətsiz qaldığından, bu kimi hallar çoxalıb. Beynəlxalq təşkilatlar bununla bağlı səylərini artırmalıdır", - Əliyev əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti