...

Azərbaycanda roller və skeytbord üzrə paytaxt turniri keçiriləcək

Cəmiyyət Materials 19 Noyabr 2009 12:58 (UTC +04:00)
Bakıda roller və skeytbord üzrə paytaxt turniri keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən cümə axşamı Trend News-a bildiriblər ki, noyabrın 22-də Baş İdarə, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Roller Klubunun birgə təşkilatçılığı ilə roller və skeytbord üzrə paytaxt turniri keçiriləcək.
Azərbaycanda roller və skeytbord üzrə paytaxt turniri keçiriləcək

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir F.Hüseynli/

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən cümə axşamı Trend -a bildiriblər ki, noyabrın 22-də Baş idarə, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Roller Klubunun birgə təşkilatçılığı ilə Bakıda roller və skeytbord üzrə paytaxt turniri keçiriləcək.

Dənizkənarı Milli Parkda keçiriləcək tədbir səhərdən axşamadək davam edəcək.

Turnir zamanı tamaşaçılar üç yaş qrupunda oğlan və qızların rollerlərlə müxtəlif məsafələrə yarışmasını və skeyterlərin maraqlı mübarizəsini izləyəcəklər.

Yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, roller və skeytbord idman növünün təbliği və inkişaf etdirilməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti