...

AFFA Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlara toplar və geyim dəstləri hədiyyə edib

Cəmiyyət Materials 28 Noyabr 2009 16:48 (UTC +04:00)
Azərbaycanda valideyn himayəsindən məhrum oilan uşaqlara futbol topları və geyim dəstləri təqdim olunub.
AFFA Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlara toplar və geyim dəstləri hədiyyə edib

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlara futbol topları və geyim dəstləri təqdim olunub.

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Qurban bayramı münasibətilə Şüvəlan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbini ziyarət edib. Bu barədə assosiasiyanın mətbuat xidmətindən Trend -a məlumat verilib.

Buradakı uşaqları bayram münasibətilə təbrik edən AFFA rəhbərliyi tərəfindən daha sonra hədiyyələr - toplar və futbol geyim dəstləri təqdim olunub.

Bu internat məktəbində 6-yaşdan 18-yaşadək 63 uşaq tərbiyə alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti