...

İran "siqnal üzgəci" istehsal edəcək

Cəmiyyət Materials 21 Dekabr 2009 14:44 (UTC +04:00)
İranın İsfahan Sənaye Universitetinin sualtı gəmi texnologiyası və elmləri araşdırma mərkəzinin dəniz nişanları üzrə şöbəsinin direktoru Səid Şəbani bildirib ki, İranda ilk milli siqnal üzgəci (Bouy - dənizdə, göldə lövbər salınan yeri və ya təhlükəli yerləri göstərən üzücü nişan) 18 aydan sonra istehsal olunacaq. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
İran "siqnal üzgəci" istehsal edəcək

İranın İsfahan Sənaye Universitetinin sualtı gəmi texnologiyası və elmləri araşdırma mərkəzinin dəniz nişanları üzrə şöbəsinin direktoru Səid Şəbani bildirib ki, İranda ilk milli siqnal üzgəci (Bouy - dənizdə, göldə lövbər salınan yeri və ya təhlükəli yerləri göstərən üzücü nişan) 18 aydan sonra istehsal olunacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Şəbani əlavə edib ki, ilk milli siqnal üzgəcinin istehsalı üçün artıq müqavilə imzalanıb. "Siqnal üzgəcləri dəniz sularının dərinliyinə enərək, dənizin suyunun sıxlığı, temperaturu və təzyiqi barədə məlumatları qeyd edib, toplanmış materialalrı peyk vasitəsilə alimlərə ötürəcək. Bu, ölkənin dənizçiliyinin inkişafına böyük kömək edəcək", - deyə Şəbani əlavə edib.

Şəbani bildirib ki, müqaviləyə əsasən, İsfahan Sənaye Universiteti gələn 18 ay ərzində ilk milli siqnal üzgəcini istehsal etməyə başlayacaq. O əlavə edib ki, siqnal üzgəcinin hissələrinin əksəriyyəti ölkə daxilində istehsal olunub.

Xəbər lenti

Xəbər lenti