...

Kanada şəhərində məscidə hücum edilib

Cəmiyyət Materials 5 Yanvar 2010 13:26 (UTC +04:00)
Kanadanın Hamilton şəhərində naməlum cinayətkarlar yerli məscidə və müsəlman məktəbinə daş və "Molotov kokteyli" ilə dolu butulkalar tullayıblar.
Kanada şəhərində məscidə hücum edilib

Kanadanın Hamilton şəhərində naməlum cinayətkarlar yerli məscidə və müsəlman məktəbinə daş və "Molotov kokteyli" ilə dolu butulkalar tullayıblar. Məlumatı Anadolu informasiya agentliyi yayıb. Hücum nəticəsində binaya maddi ziyan dəyib.

Yerli polis bildirib ki, cinayətkarlar əvvəlcə Hamiltonda beş ən iri məsciddən biri olan məscidin pəncərəsinin şüşələrini sındırıb, sonra isə içərisində yandırıcı qatqılar olan butulkaları içəri tullayıblar.

Məscidə və onun yanında fəaliyyət göstərən müsəlman məktəbinə dəyən ümumi zərər beş min Kanada dolları məbləğində qiymətləndirilir.

Şəhər polisləri cinayətkarların axtarışına başlayıb.

Xəbər lenti

Xəbər lenti