...

Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə bayram şənliklərinin keçirilməsinə qadağa qoymayıb - nazir

Cəmiyyət Materials 16 Mart 2010 14:21 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə bayram şənliklərinin keçiriıməsinə qadağa qoymayıb. Bu barədə təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə deyib.
Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə bayram şənliklərinin keçirilməsinə qadağa qoymayıb - nazir

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir М.Əliyev/

Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərdə bayram şənliklərinin keçiriıməsinə qadağa qoymayıb. Bu barədə təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə deyib.

"Martın 16-dan etibarən orta məktəblərdə yaz tətili başlayır və məktəblər bununla əlaqədar olaraq bağlıdır", - nazir deyib.

"Azərbaycan şagirdləri üçün yaz tətili martın 17-dən başlayır və martın 24-nə kimi davam edəcək", - Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Bayram günlərinin həftə sonuna düşməsi ilə əlaqədar olaraq, beşgünlük qrafiklə işləyən məktəblərdə dərslər martın 29-dan, altıgünlük qrafiklə işləyən məktəblərdə isə martın 26-dan başlayacaq.

Xəbər lenti

Xəbər lenti