...

TREND BİA-nın erməni vandalizmi haqqında filmi TRT telekanalında müzakirə olunacaq

Cəmiyyət Materials 18 Mart 2010 12:27 (UTC +04:00)
TREND Beynəlxalq İnformasiya Agentliyi (BİA) tərəfindən çəkilən "Sözün bitdiyi zaman" adlı sənədli film cümə günü Türkiyənin TRT AVAZ telekanalında müzakirə olunacaq.
TREND BİA-nın erməni vandalizmi haqqında filmi TRT telekanalında müzakirə olunacaq

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir K.Zərbalıyeva/

TREND Beynəlxalq İnformasiya Agentliyi (BİA) tərəfindən çəkilən "Sözün bitdiyi zaman" adlı sənədli film cümə günü Türkiyənin TRT AVAZ telekanalında müzakirə olunacaq.

Trend -un direktor müavini Emil Hüseynli TRT AVAZ telekanalının "Yeni Gün" proqramına dəvət olunub. Veriliş zamanı ermənilərin tarixboyu Anadolu və Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım faktları müzakirə olunacaq, filmdən kadrlar nümayiş etdiriləcək.

TRT AVAZ birgə Türkiyə telekanalı 27 ölkədə "TURKSAT 3a, 11.581 Mhz, 4444 Symbol rate, 3/4 Fec" tezliyində türk, Azərbaycan, qazax, özbək, qırğız və türkmən dillərində yayımlanır.

"Sözün bitdiyi zaman" sənədli filmi ermənilərin törətdikləri cinayətlərdən söhbət açır və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirir.

Filmin əsas süjet xətti uzun illər ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin tarixi xronologiyasına həsr olunub. Film erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edir. Filmdə ermənilərin törətdikləri vəhşiliklərin şahidi olan adamların fikirləri yer alıb.

Ermənilərin sülh və insanlığa qarşı törətdikləri cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün filmin rus və ingilis dillərində versiyası hazırlanıb.

Sənədli film Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi çərçivəsində TREND BİA tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti