Azərbaycan, Bakı, 20 mart / Trend /
Ötən il Azərbaycan Prezidenti tərəfindən elan edilmiş "Uşaq ili" çərçivəsində çoxsaylı xeyriyyə tədbirləri həyata keçirən, son 5 il ərzində ölkəmizin sosial-ictimai həyatında baş verən bütün proseslərdə aktiv iştirakı ilə seçilən "Akkord" Şirkətlər Qrupu analoji fəaliyyətini bu gün də davam etdirməkdədir.
Bu dəfə "Akkord" Şirkətlər Qrupunun kollektivi Sabunçu rayonunda məskunlaşan qaçqın ailələrini bayram sovqatı ilə sevindirib. Şirkətin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyevanın rəhbərliyi ilə Sabunçu rayonunda məskunlaşmış 115 qaçqın ailəsinə bayram sovqatı aparılıb.
"Akkord" Şirkətlər Qrupunda bayram ərəfəsində bu qəbildən olan tədbirlər mütəmadi olaraq reallaşdırılır.