...

Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərə 30 ilə yaxın cəza verilib

Cəmiyyət Materials 9 Aprel 2010 14:50 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov 3, "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov 2, onun qardaşı Fərhad Qasımov 6, Xanlar Quliyev 6, Rövşən Məmmədov 8 il 3 ay, İlqar Salayev 4 il azadlıqdan məhrum edilib. İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyevin hər biri 2 il şərti cəza alıb.
Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərə 30 ilə yaxın cəza verilib

Azərbaycan, Bakı, 9 aprel /Trend müxbir H.Bağırov/

Azərbaycanda gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov 3, "Kompaniya FF" MMC-nin rəhbəri Fikrət Qasımov 2, onun qardaşı Fərhad Qasımov  6, Xanlar Quliyev 6, Rövşən Məmmədov 8 il 3 ay, İlqar Salayev 4 il azadlıqdan məhrum edilib.
İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyevin hər biri 2 il şərti cəza alıb.

Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulublar.

Dəstə üzvləri cinayət əlaqəsinə girərək, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlamaqda təqsirli bilinirlər.

Dəstə üzvləri yeraltı boru xətti vasitəsilə Aİ-95 markalı benzin oğurlayaraq avtomobillərə satışı ilə məşğul olublar.

Onlar Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla oğurluq etmək (177.3.1, 177.3.2) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti